"Mətanət A"

"Mətanət A"

Сайт: http://www.matanata.com/

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2008 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Keyfiyyət strategiyası ilə yanaşı "Mətanət A" şirkəti ətraf mühitin idarəolunması faktoruna da məsuliyyətlə yanaşır və nəticədə İSO 14001:2004 beynəlxalq standartına layiq görülmüşdür. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli mükafatları (“Century İnternational Quality Era Award” ,“Award Global Quality Management”, “Gold Star International Award for Quality”,”New Millenium Award”, “Intellekt” mükafatı, “İnşaat materiallarının istehsalı üzrə ilin Lider şirkəti”, “İlin brendi-AĞDAĞ”, Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində "Finalist 2012" diplomu və s. mükafatlar) ilə də təltif olunmuşdur.
Hal-hazırda şirkət 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, “Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır.

2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkşafı sahəsində öz tövhəsini verən istehsal sahələri sırasına aid edilə bilər.
Artıq şirkət qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətimiz müasir biznes təcrübəsinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.

Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda sürətlə inkşaf edən milli iqtisadiyyatımıza önəmli tövhələr vermək naminə fəaliyyətini daim genişləndirir.
  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Tibb bacısı

    "Mətanət A"

    Təhsil: Ali, Orta ixtisas ( Yalnız dövlət tibb kollecini (texnikumunu) bitirənlər və mütləq sertifikasiyadan keçmiş şəxslər müraciət edə bilərlər)
    Yaş həddi: 24-35
    İş təcrübəsi: 1-3 il (Klinkalarda çalışmış Tibb bacısına üstünlük verilir)
    Dillər: Azərbaycan dili mükəmməl, Rus dili arzuolunandır

    Şəxsi keyfiyyətləri:
    Kritik vəziyyətlərə səriştəli yanaşmalı;
    İşə planlı yanaşması;
    Təmizkar və səliqəli olmalı;
    Fikrini izah etmək qabliyyəti;
    Ünsiyyət yaratmaq bacarığı;
    Kollektivdə işləmək bacarığı.

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Xarici Satınalma mütəxəssisi

    руководители
     

    "Mətanət A"

    Təhsil: Ali (bakalavr);
    Yaş həddi: 25-45;
    Kompüter biliyi: MS Office (Word, Excel);
    Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
    5 il iş təcrübəsi.

    Şəxsi keyfiyyətləri:
    Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
    Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
    Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
    Satınalma sənədlərini hazırlama qabiliyyəti;
    Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Fəhlə

    "Mətanət A"

    Yaş həddi: 20-50
    Dil bilikləri: Azərbaycan
    Operativ çalışan, bacarıqlı.

 
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.