Контакты работодателя

чтобы увидеть все контакты

Чтобы не потерять эту вакансию добавьте ее в избранное

Адрес работы: Sumqayıt şəhəri, Metallurq küç.1
Samuray

Mühəndis-mexanik

Работодатель: Samuray (4 вакансии)

Metallurqlar kuc.. 1

Похожие вакансии

  • З/П по собеседованию
    Mühəndis-mexanik GMR International
  • 700 AZN
    Mexanik Azplast MMC
  • З/П по собеседованию
    Mexanik "Mətanət A"

Требования:

Bilmelidir:
- yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
- müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini;
- müəssisədə təmir xidmətinin təşkilini;
- avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını;
- montaj və təmir metodlarını; defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu;
- təlimatların tərtib edilmə qaydasını;
- avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
- iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Обязанности:

Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.

Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.

Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir.

Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir.

Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.

Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

Условия работы:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Nahar şirkət tərəfindən verilir
в избранное
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.