Jitomirskiye Lasoşi

Şirkətimiz 2000-ci ildən Urkaynanın Jitomir şəhərində yerləşən “Jitomirskie Lasoşi” (ЖЛ) brendi altında fəliyyət göstərən qənnadı məhsulları və Rusiya Federasiyasının Kalinqrad vilayətində yerləşən “Roskon” (RM) brendi altında fəaliyyət göstərən balıq konservası məhsullarının Azərbaycanda təşkili və satışı ilə məşğuldur.
“Jitomirskiye Lasoşi ” (ЖЛ) Ukraynanın qabaqcıl fabriklərindən biridir. Məhsulların çeşidinə, keyfiyyətinə və dadına görə birincilər sırasındadır. Fabrik müxtəlif növ şokoladlar, batonlar, peçenyelər, vaflilər, şokoladlı peçenyelər və s. istehsal edir. “Jitomirskiye Lasoşi ” dünyanın 27 ölkəsinə mal ixrac edir. Çeşidlər uşaq və böyüklər üçün nəzərdə tutulub. 2010-cu ildən fabrik dietik məhsullar istehsal etməyə başladı. Bu məhsulların tərkibini fruktoza təşkil edir. 2014-cü ildə şəkərli diabeddən əziyyət çəkənlər üçün tərkibi stevia bitkisi olan “Baton Stevix” -in istehsalına start verildi. Fabrik alıcıların bir qisminin müsəlmanlar olduğunu nəzərə alaraq halal şokoladlar və batonlar istehsal edir. Məhz bu şokoladların və batonların tərkibində donuz piyi, spirt və sprtli içkilər yoxdur. Halal məhsullara rəsmi olaraq halallıq sertifikatı verilib. “Jitomirskiye Lasoşi ” (ЖЛ) dəfələrlə müxtəlif növ sertifikatlar və diplomlara layiq görülmüşdür. Daim yenilənən çeşidləri ilə fabrik hal-hazırda 300-dən artıq çeşid istehsal edir.
Yüksək keyfiyyətli və müasir avadanlıqlarla təchiz olunmuş “Roskon” balıq konserv zavodu Baltik dənizinin sahilində yerləşir. Avropa mütəxəssislərinin təcrübələrindən və Almaniyanın “Boader”, “Rosoma” və Fransanın “Steriflow” şirkətlərinin avadanlıqlarından istifadə edərək zavod il ərzində 100 çeşid altında 96 mln ədəd balıq konservası istehsal edir. “Roskon”-nun yüksək keyfiyyətli balıq konservaları Avropanın öndəgedən konserva brendləri ilə rəqabətdədir. O, Rusiyanın 1 N-li balıq konserv zavodudur.
Şirkətimiz bu yüksək keyfiyyətli məhsullarla 15 ildir ki xidmətinizdədir.
  • 300 — 400 AZN Азербайджан:
     · Баку

    Merçendayzer

    Jitomirskiye Lasoşi

    25 yaşa qədər xanımlar
    Azərbaycan dili (mükəmməl)
    Enerjili, dinamik, kreativ düşüncəli, yaradıcı, insanlarla rahatlıqla ünsiyyət qura bilən
    Hərəkətli iş rejimində, komanda şəklində işləmə qabiliyyətinə malik
    Pozitiv və gülərüz olmalı;
    Müştəri və satış fokuslu olmalı
    İşə qarşı ciddi və məsuliyyətli olmalı

    в избранное
 
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.