"Mətanət A"

"Mətanət A"

Сайт: http://www.matanata.com/

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2008 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Keyfiyyət strategiyası ilə yanaşı "Mətanət A" şirkəti ətraf mühitin idarəolunması faktoruna da məsuliyyətlə yanaşır və nəticədə İSO 14001:2004 beynəlxalq standartına layiq görülmüşdür. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli mükafatları (“Century İnternational Quality Era Award” ,“Award Global Quality Management”, “Gold Star International Award for Quality”,”New Millenium Award”, “Intellekt” mükafatı, “İnşaat materiallarının istehsalı üzrə ilin Lider şirkəti”, “İlin brendi-AĞDAĞ”, Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində "Finalist 2012" diplomu və s. mükafatlar) ilə də təltif olunmuşdur.
Hal-hazırda şirkət 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, “Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır.

2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkşafı sahəsində öz tövhəsini verən istehsal sahələri sırasına aid edilə bilər.
Artıq şirkət qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətimiz müasir biznes təcrübəsinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.

Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda sürətlə inkşaf edən milli iqtisadiyyatımıza önəmli tövhələr vermək naminə fəaliyyətini daim genişləndirir.
  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Kommersiya üzrə satınalma meneceri

    руководители
     

    "Mətanət A"

    İqtisadiyyat, Menecment, Logistika sahəsində ali təhsil;
    Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
    Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
    Təchizat zənciri haqqında ümumi biliklər; İncoterms 2010;
    Alıcılar ilə ünsiyyət qurmaq bacarığı; Komanda işinin təşkili;
    Azərbaycan, İngilis dili, Rus dili yaxşı səviyyədə bilməli;
    Yaş həddi: 25-35;
    Kompüter biliyi: MS Office (Word, Excel);
    Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
    Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
    Gömrüklə işləmə bacarığı;
    Satınalma sənədlərini hazırlama qabiliyyəti.

    Qeyd:

    Xarici satınalma üzrə menecer struktur olaraq Kommersiya Satınalma Şöbəsinin müdirinə...

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Ofis menecer

    "Mətanət A"

    Yaş həddi: 23- 35
    Dil bilikləri: Azərbaycan (Rus və İngilis dili arzuolunandır)
    Riyazi biliklər normal olmalı;
    Excell və Word proqramlarında işləmək bacarığı olmalı;
    1C proqramını bilənə üstünlük verilir;
    Danışıq qabiliyyəti və fikrini ifadə etməyi bacarmalı;
    Analitik qabiliyyətə malik olmalı;
    Ünsiyyət yaratmaq bacarığı olmalı;
    İşə planlı yanaşmalı;

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Layihə koordinatoru

    руководители
     

    "Mətanət A"

    Azərbaycan ,ingilis və rus dillərini mükəmməl bilmək.
    Kompüter bilikləri: Microsoft proqramlarında sərbəst işləmə, həmçinin sənədləri yüksək səviyyədə təqdim etmə bacarığı.
    Yüksək ünsiyyət bacarığı.
    Məsuliyyətli, dürüst və dəqiq olmaq, planlaşdırma və proqnoz vermə bacarığı, işgüzar münasibətlərdə düzgün təəssürat yaratmaq bacarığı, təhlillər aparmaq və perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirmək bacarığı.

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    İxracat araşdırmaları üzrə mütəxəssis

    "Mətanət A"

    Azərbaycan, rus və ingilis dillərini bilməli;
    Rus və ingilis dillərində beynəlxalq yazışmalar aparmaq və yaxşı ünsiyyət qurmaq bacarığı olmalı;
    Fikrini rahat izah etmək qabiliyyətli, fəal olmalı, işə planlı yanaşmalı, səliqəli olmalı, yaradıcılıq qabiliyyəti olmalı, logikası olmalı, Gömrük və İxracat işlərini bilənlərə üstünlük verilir;
    Ofis proqramlarında işləmə bacarığı olmalı.

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Satış müdiri

    руководители
     

    "Mətanət A"

    Yaş həddi: 28-40;
    Kompüter biliyi: MS Office proqramları;
    Dillər: Azərbaycan dili (ingilis dili və rus dilini bilməsi arzuolunandır)
    Liderlik;
    İşə planlı yanaşma;
    Fikrini izah etmək qabliyyəti;
    Ünsiyyət yaratmaq bacarığı;
    Analitik düşünmə qabiliyyəti;
    Fəallıq.

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Daxili auditor

    "Mətanət A"

    Təhsil: Ali (İqtisadi)
    İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
    Yaş həddi:25-45;
    Dil bilikləri: Azərbaycan və Rus dili;
    Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək.

    Şəxsi keyfiyyətləri:
    İşə planlı yanaşmaq bacarığı;
    Yüksək ünsiyyət bacarığı;
    Nitq mədəniyyəti;
    Təmkinlilik, etibarlılıq, özünəinam;
    Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

    Əlavə şərtlər:
    Ezamiyyət imkanları;

    Əlavə tələblər:
    Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

  • 300 — 400 AZN Азербайджан:
     · Баку

    в избранное

    Tibb bacısı

    "Mətanət A"

    Təhsil: Ali, Yalnız dövlət tibb kollecini (texnikumunu) bitirənlər sertifikasiyadan keçmiş şəxslər müraciət edə bilərlər
    Yaş həddi: 24-35
    İş təcrübəsi: 1 il (Klinkalarda çalışmış Tibb bacısına üstünlük verilir)
    Dillər: Azərbaycan dili mükəmməl,Rus və İngilis dili arzuolunandır

    Şəxsi keyfiyyətləri:
    Fikrini izah etmək qabliyyəti;
    İşə planlı yanaşması;
    Ünsiyyət yaratmaq bacarığı;
    Fəal olması;
    Təmizkar və səliqəli olmalı;
    Kollektivdə işləməyi bacarmalı

    Əlavə şərtlər:
    Ezamiyyət imkanları;

    Əlavə tələblər:
    Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Marketinq Tədqiqatları Meneceri

    "Mətanət A"

    Təhsil: Ali(İqtisadiyyat və Menecment)
    Yaş həddi: 24-30
    İş təcrübəsi: Marketinq sahəsində minumum 3 il iş təcrübəsinin olması
    Kompüter biliyi: Word, Excell, Power Point, Internet
    Dillər: Rus dili biliyi arzu olunandır

    Şəxsi keyfiyyətləri:
    Fikrini izah etmək qabliyyəti;
    İşə planlı yanaşması;
    Ünsiyyət yaratmaq bacarığı;
    Fəal olması;

    Əlavə şərtlər:
    Ezamiyyət imkanları;
    Sürücülük vəsiqəsi;
    Şəxsi avtomobilinin olması;
    Xarici pasport.

    Əlavə tələblər:
    Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

  • 900 — 1 300 AZN Азербайджан:
     · Баку

    в избранное

    Satınalma üzrə mütəxəssis

    "Mətanət A"

    Yaş həddi: 24-40;
    Kompüter biliyi: MS Office (Word, Excel);
    Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
    İş təcrübəsi: 2-3 il

  • З/П по собеседованию Азербайджан:
     · Баку

    в избранное

    Mühasib

    "Mətanət A"

    Təhsil: Ali (İqtisadi)
    İş təcrübəsi: 2- 5 il iş təcrübəsi olan
    Yaş həddi:25-50
    Dil bilikləri: Azərbaycan və Rus dili
    Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi

 
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.