Контакты работодателя

чтобы увидеть все контакты

Чтобы не потерять эту вакансию добавьте ее в избранное

Адрес работы: Gəncə
Адрес собеседования: Bakı

İcma əsaslı turizm üzrə işçi

Работодатель: Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi (KYTİD) (0 вакансий)

Ö.F.Nemanzadə k.,8

Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin (KYTİD) başlıca məqsədi insan potensialının inkişafı, məlumat və resurs ötürülməsi yolu ilə ölkənin turizm imkanlarının davamlı inkişafını dəstəkləməkdir. KYTİD Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi imkanlarının gücləndirilməsinə və inkişafına dəstək layihəsi (SEEDS) çərçivəsində təşkilatın mandatı üzrə fəaliyyətləri icra etmək üçün aşağıda göstərilən vəzifəyə güclü şəxsi keyfiyyəti olan (kişi və ya qadın) təcrübəli mütəxəssis axtarır:



Layihənin ümumi təsviri

SEEDS layihəsi özünün ümdə məqsədi kimi Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafın təkanına və iş yerlərinin yaradılmasına dəstək olmağı hədəf götürmüşdür. SEEDS layihəsi Avropa Birliyinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Regional və Kənd yerlərinin İnkişafına Dəstək” Proqramı çərçivəsində, eləcə də SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası İctimai Birliyi tərəfindən birgə maliyyələşdirilir.

Требования:

• Turizm Menecmenti, İqtisadiyyat, Marketinq, və s. uyğun sahə üzrə ali təhsil
• Kənd turizmi, eləcə də kənd evlərində xidmətlərin göstərilməsi üzrə təlimlərin keçirilməsi sahəsində təcrübə
• Layihə çərçivəsində icma əsaslı turizm xidmətlərini təşviq etmək bacarığı
• Hədəf qonaq evlərinin layihəyə cəlb olunmasında və xidmətlərinin inkişaf etdirilməsinə dəstək vermək bacarığı
• Məqsəd qruplarına kənd evlərində qonaqlama xidmətləri üzrə təlimlərin keçirilməsi
• Kənd sakinlərindən seçilmiş şəxslərə bələdçilik xidmətləri üzrə təlimlərin keçirilməsi
• Ekoloji turizm sahəsində təcrübə
• Məqsəd ərazisində ətraf mühitə dair bilik
• Yaxşı hesabatlılıq və analitik düşünmə bacarığı
• Yüksək təqdimetmə, nitq mədəniyyəti və ünsiyyət bacarıqları
• Vaxtın idarəolunması və gərgin iş şəraitində işləmək bacarıqları
• MS Office proqramlarında mükəmməl işləmək bacarıqları

Üstünlük verən əlavə meyarlar
• Sosial bacarıq və müxtəlif maraqlı tərəflərlə əlaqəli olmaq qabiliyyəti
• Proaktiv yanaşma
• QHT sektorunda iş təcrübəsi
• Özünü motivə edən, qərarlı, innovativ və "edə bilər" zehniyyəti
• Yazılı hesabatların hazırlanmasında yaxından iştirakçılıq

Обязанности:

• Layihə çərçivəsində icma əsaslı turizm xidmətlərini təşviq etmək
• Hədəf qonaq evlərinin layihəyə cəlb olunmasında və xidmətlərinin inkişaf etdirilməsinə dəstək vermək
• Məqsəd qruplarına kənd evlərində qonaqlama xidmətləri üzrə təlimlərin keçirilməsi
• Kənd sakinlərindən seçilmiş şəxslərə bələdçilik xidmətləri üzrə təlimlərin keçirilməsi
• yerinə yetirilmiş işlər barədə hesabatların verilməsi
• sərgi, təqdimat hazırlanmasına rəhbərlik etmək

Условия работы:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
ofis və müvafiq avadanlıq

CV-lərin son təqdim edilmə tarixi: 18 fevral 2018. Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
в избранное
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.