З/П по результатам собеседования Азербайджан:
 · Геранбой
 · Гянджа
 · Дашкесан

обновлена: 6 февраля

Опыт
от 10 лет
График
Контракт
Образование
Высшее
Контакты работодателя

чтобы увидеть все контакты

Чтобы не потерять эту вакансию добавьте ее в избранное

Адрес работы: Gəncə
Адрес собеседования: Bakı

Layihə koordinatoru

Работодатель: Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi (KYTİD) (2 вакансии)

Ö.F.Nemanzadə k.,8

Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin (KYTİD) başlıca məqsədi insan potensialının inkişafı, məlumat və resurs ötürülməsi yolu ilə ölkənin turizm imkanlarının davamlı inkişafını dəstəkləməkdir. KYTİD Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi imkanlarının gücləndirilməsinə və inkişafına dəstək layihəsi (SEEDS) çərçivəsində təşkilatın mandatı üzrə fəaliyyətləri icra etmək üçün aşağıda göstərilən vəzifəyə güclü şəxsi keyfiyyəti olan (kişi və ya qadın) təcrübəli mütəxəssis axtarır:



Layihənin ümumi təsviri

SEEDS layihəsi özünün ümdə məqsədi kimi Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafın təkanına və iş yerlərinin yaradılmasına dəstək olmağı hədəf götürmüşdür. SEEDS layihəsi Avropa Birliyinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Regional və Kənd yerlərinin İnkişafına Dəstək” Proqramı çərçivəsində, eləcə də SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası İctimai Birliyi tərəfindən birgə maliyyələşdirilir.

Требования:

• Turizm Menecmenti, İqtisadiyyat, Marketinq və s. uyğun sahə üzrə ali təhsil
• Turizm sahəsi, xüsusilə kənd turizmi üzrə təcrübə
• Layihə idarəetmə sahəsində minimum 3 illik iş təcrübəsi
• İnstitusional donorlar tərəfindən birgə maliyyələşdirilən sosial-iqtisadi inkişaf layihələrinin həyata keçirilməsində sənədləşdirilmiş təcrübə
• Sərbəst yazılı və şifahi Azərbaycan dili biliyi
• Müvafiq yerli qanunvericilik sahəsində bilgili olmaq
• Yüksək səviyyədə ünsiyyət və fasilitasiya, eləcə də komandada işləmək bacarıqları
• Yaxşı nəqli və maliyyə hesabatlılığı bacarıqları
• Heyəti aktiv şəkildə idarə etmək və koordinasiya etmək bacarığı
• Konseptual və proses/analitik düşünmə qabiliyyətləri
• Nəticə və təsirin monitorinq və qiymətləndirilməsinə dair bilikli və təcrübəli
• Risklərin müəyyən edilməsi və müvafiq həll strategiyalarının təmin edilməsi üzrə təcrübə
• Həssas, aztəminatlı ailələrlə işləmək istəyi və bacarığı
• İnkişaf konteksti və inkişaf alətləri üzrə təcrübə və biliklər
• Vaxtın idarəolunması və gərgin iş şəraitində işləmək bacarıqları
• MS Office proqramlarında mükəmməl işləmək bacarıqları

Обязанности:

Layihə Koordinatoru SEEDS layihəsi çərçivəsində KYTİD-nin mandatının ümumi idarə olunması üçün məsuliyyət daşıyacaq, layihə fəaliyyətləri və büdcənin icrasını əlaqələndirəcək, hesabat verəcək, donor təşkilatla və digər layihə iştirakçıları ilə qarşılıqlı ünsiyyəti təmin edəcəkdir.

Условия работы:

• AR əmək Məcəlləsinə əsasən sənədləşmə
• Yarım gün məşğulluq
• Hədəf rayonlar - Daşkəsən və Goranboy
• İş yeri - Gəncə şəhəri

Kənd yaşıl turizminin inkişafına dəstək (KYTİD) İctimai Birliyi kənd ərazilərində kənd turizminin tədqiqi, təbliği və inkişafı üzrə layihələri həyata keçirir. Bu məqsədlə müxtəlif regionlarda turizmə olan münasibət, kənd sakinləri üçün əlavə gəlir mənbəyinin yaradılması üçün turizm xidmətləri üzrə təlimlər həyata keçirir, sorğular aparır.

CV-lərin son təqdim edilmə tarixi: 18 fevral 2018. Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.