Контакты работодателя

чтобы увидеть все контакты

Чтобы не потерять эту вакансию добавьте ее в избранное

Адрес работы: Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 12A

Baş mühasib

Работодатель: İNTEX AUDİT & Consulting MMC (0 вакансий)

Bəsti Bağırova 12A

Похожие вакансии

Требования:

- Ali təhsil vacib deyil, əsas işləmək bacarığı vacibdir;
- Minimum 3 il baş mühasiblik təcrübəsi olmalı;
- Yaş həddi: 25-45 yaş arası namizədlərə üstünlük verilir;
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
- 1C 7.7-8.2 və ya Günəş mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.

Обязанности:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Условия работы:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş rejimi (I - V günlər 09:00 - 18:00, VI gün 09:00 - 13:00);
- İşçilər firma tərəfindən nahar yeməyi ilə təmin edilir;
- Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir).
в избранное
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.