500 — 600 AZN Азербайджан:
 · Гянджа

обновлена: 30 ноября

Опыт
от 5 лет
График
Полный день
Образование
Высшее
Контакты работодателя

чтобы увидеть все контакты

Чтобы не потерять эту вакансию добавьте ее в избранное

Адрес работы: Gəncə şəhəri (Daşkəsən)
Адрес собеседования: Bakı
Premium transport mmc

Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Xidməti üzrə şöbə rəisi

руководители
 

Работодатель:

Premium transport mmc (3 вакансии)

Bakı, Şıx qəsəbəsi, Salyan şosesi 12, Grand-park II, AZ1023

Требования:

Ali təhsil
5 ildən artıq iş təcrübəsi
30-45 yaş aralığı
Əmək və texniki təhlükəsizlik qaydalarının icrası

Обязанности:

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə şöbə rəisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməlidir.
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.
İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
Texnikanın, yük avtomobillərinin, binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.
Qulluqçuların, fəhlə heyyətinin və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir.
Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir.
İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə şöbə rəisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat jurnallarının hazırlanmasına, doldurulmasına və işçilərə imzaladılmasına birbaşa cavabdehdir.
Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə şöbə rəisi nəzarət etməlidir:
• sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
• əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
• texnikanın və mühafizə vasitələrinin vəziyyətinə;
• iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
• işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
• iş zamanı bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
• işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə;
• xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə.

Условия работы:

6 günlük iş rejimi
işçi naharla təmin edilir
işçi servislə təmin edilir
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.