İSTİFADƏÇİ ŞƏRTLƏRİ

İSTİFADƏÇİ ŞƏRTLƏRİ

Rabota.az saytında xidmətlərin göstərilməsi haqqında. Bu istifadəçi sazişi (bundan sonra “Saziş” adlanacaq) İnternet şəbəkəsində qeydiyyatdan keçmiş www.rabota.az (bundan sonra”İcraçı” adlanacaq) ünvanı ilə, bu saytda iş elanı və ya CV-lər axtaran hüquqi və ya fiziki şəxslər(bundan sonra “İstifadəçi” adlanacaq) arasında münasibətləri tənzimləyir. Hal-hazırki istifadəçi sazişi www.rabota.az saytının cari və gələcək İstifadəçilərinə şamil olunur.

İstifadəçi www.rabota.az saytında qeydiyyatdan keçərkən saytdan istifadə ilə əlaqədar üzərinə düşən hüquq və öhdəlikləri qəbul edir və istifadəçi şərtləri ilə razılaşır. www.rabota.az saytı-mövcud iş elanları və CV məlumat bazası ilə işədüzəlməyə yardım edən, işçi personal axtarışında köməklik göstərən ixtisaslaşmış proqram təminatı xidmətdir.

1. www.rabota.az saytı İcraçıya məxsusdur. . www.rabota.az saytının logotipi, adı, dizayn elementləri, ümumi xarici görünüşü İcraçının mülkiyyətidir və istifadəsi qadağandır.

2. www.rabota.az saytında İstifadəçinin səhifəsinə giriş parolu və buradakı şəxsi məlumatlar istisna olmaqla, digər informasiyalar- elanlar, reklam materialları ictimail məlumat mənbələrinə aiddir.

3. İstifadəçinin şəxsi məlumatlarının yerləşdirilməsinin məqsədi işədüzəlmədir.

4. Şəxsi məlumatların yerləşdirilmə müddəti limitsizdir və istifadəçi tərəfindən sərbəst şəkildə təyin edilir.

5. İcraçı, sayt və ya texniki dəstək xidməti ilə İstifadəçinin öz şəxsi məlumatlarını redaktə etməsi və silməsi üçün şərait yaratmağa borcludur.

6. İcraçı, saytda qeydiyyatdan keçmiş və şəxsi login-parol əldə etmiş işəgötürənlərə, İstifadəçilərin şəxsi məlumatları ilə paylaşmaq hüququna malikdir.

7. www.rabota.az saytı ilə qəbul olunmuş informasiya İcraçının mülkiyyəti hesab olunur. İcraçı elanlar, reklam materiallarında olan informasiyaların düzgünlüyünə və aktuallığına görə heç bir məsuliyyət daşımır. Elanlar, reklam materiallarındakı informasiyaların düzgünlüyünə onların sifarişçiləri məsuliyyət daşıyır. İçraçı qeyri-dəqiq, natamam informasiyaların saytdan kənarlaşdırılması üçün hər cür səy göstərir, lakin son olaraq məsuliyyəti informasiyanı yerləşdirən şəxslər daşıyır.

8. İcraçı kommersiya xidməti müqaviləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istifadəçinin yerləşdirdiyi istənilən informasiyanı heç bir izahat vermədən saytdan çıxara bilər. Həmçinin . www.rabota.az saytında aşağıdakıları yerləşdirmək qadağadır: - təkrar qeydiyyatdan keçmiş şirkətlər;
- bir şirkətin tərkibində tam və ya qismən təkrarlanan iş elanı;
- şəbəkə marketinqi, birja fondlarının iş elanları və birbaşa və ya dolayı yolla intim xidmətlər sahəsinə aid iş elanları- bu siyahı tam deyil.

9. İcracı öz daxili siyasəti və iş qaydalarına uyğun olaraq, yerləşdirilmiş informasiyanı ümumi mənasını təhrif etmədən dəyişmək hüququna malikdir.

10. İcraçı . www.rabota.az saytında server və komputer şəbəkəsində istifadə olunan proqram təminatının viruslardan qorunmasına zəmanət vermir. Əgər www.rabota.az saytından istifadə zamanı məlumatların itirilməsi və avadanlığın sıradan çıxması baş verərsə, İçraçı buna görə məsuliyyət daşımır.

11. Heç bir halda İcraçı indiki saytın isitfadəsi zamanı dəymiş zərər və xərclərə görə məsuliyyət daşımır.

12. www.rabota.az saytında yerləşdirilmiş informasiyaların İcraçının yazılı razılığı olmadan dərc olunması qadağandır. Yalnız fiziki şəxslər şəxsi istifadələri üçün saytda olan məlumatların surətini çıxara bilər.

13. Saytdan istifadə zamanı qanunazidd hərəkətlər aşkar olunarsa, İcraçı İstifadəçini məlumatlandırmadan və istənilən vaxt şəxsi səhifəsini ləğv etmək, bloka qoymaq və parolu dəyişmək hüququna malikdir.

14. İcraçı bu müqaviləni dəyişdirmək hüququnu özündə saxlayır. Yeni istifadəçi şərtləri saytda yerləşdirildikdən 3(üç) gün sonar qüvvəyə minir. Cari istifadəçi şərtləri həmişə bütün istifadəçilər üçün əlçatan olan yerdə-saytın əsas səhifəsində yerləşir.

15. www.rabota.az saytı göstərdiyi xidmətlərin keyfiyyətini təhlil etmək üçün istifadəçilərin maraq dairəsi və yaş xüsusiyyətləri haqqında Google Analytics tərəfindən əldə olunan Google şirkətinin məlumatlarından istifadə edir. Göstərilən məlumatlar yalnız ümumi statistika şəklində istifadə olunur. Google Analytics- Google tərəfindən hər hansı internet səhifəsinin ziyarətçilərinin statistikasını aparan pulsuz xidmətdir. Bütün statistika Google serverində anonim toplanır. Google Analytics-də düzəliş etmək və ya deaktiv etmək üçün İstifadəçi Google Analytics bloklayıcısına müraciət etməlidir. Google-un reklam xidmətləri, sənədləri və məxfilik siyasəti haqqında http://www.google.ru/intl/ru/ keçməklə məlumat əldə edə bilərsiniz.
Объявления о работе в Баку
и Азербайджане
AZ | RU

Ищу работу
Ищу персонал
    Регистрация соискателя

    Нажимая на кнопку «Регистрация» вы принимаете условия пользовательского соглашения, представленного по этой ссылке.